
İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun qanunsuz həbsi Türkiyədə böyük xalq etirazlarına səbəb olub.
Qardaş ölkədə milyonlarla insan Ərdoğan hakimiyyətinin bu addımını sərt qınayır.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, seçkilərdə Ərdoğana 75 faiz səs verən Yozgat əhalisi də mövcud hakimiyyətə qarşı çıxıb.
Fermerlerin etirazları ilə başlanan Yozgatda on minlərlə insan ötən həftə böyük mitinq keçirib.
Mitinqdə CHP lideri Özgür Özəl çıxış edərək, Ərdoğanın əsas səs aldığı bölgənin insanlarının artıq onun rejimini istəmədiyini deyib:”Artıq Yozgat da dəyişiklik üçün ayağa qalxdı”.
Afət Abbasova
Gununsesi.info