
Ötən gecə Kiprin Girne şəhərində bir məkanda səhnəyə çıxan müğənni İşın Karaca fit görünüşü ilə diqqət çəkib. Məşhur müğənni arıqlama sirrini bölüşüb.
Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türk musiqi ictimaiyyətinin güclü səslərindən olan İşın Karaca ötən axşam Kiprdə səhnəyə çıxıb.
Məşhur müğənni ağ libas seçimi ilə insanları özünə heyran edib. 6 ayda 25 kilo arıqlayan Karaca “Necə arıqladınız?” sualına da cavab verdi.
“Mənim ən böyük sirrim yemək yeməməkdir. Yeməyəndə olurmuş. Özümü çox yaxşı hiss edirəm, əhvalım yaxşıdır. Sağlamlıq hər şeydən önəmlidir”, – deyə cavab verib.
Müğənni sözlərinə əlavə olaraq bildirib:
“Balıq yağı və maqnezium əlavələri qəbul edirəm. Hər şey mütəxəssis nəzarətindədir. Sibel Canla yanaşı, bu ölkədə ən çox arıqlayan və kökələn qadın mənəm.
“Mən nəhayət başa düşdüm ki, bu iş, özünü tanımaqla olurmuş.”
Günel Həsənova