Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video

  • By Admin2
  • 21 Aprel 2025 12:17

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov evinin qarajından görüntülər paylaşıb.

Gununsesi.info xəbər verir ki, Ağalarov instaqram hesabında paylaşdığı sözügedən görüntülərdə həyat yoldaşı Alyona Qavrilovanın “Gelendvagen” və özünün “Rolls-Royce” avtomobilini nümayiş etdirib.

O, həmçinin qızının uşaqlar üçün nəzərdə tutulan kiçik “Gelendvagen”i olduğunu da bildirib.

Eyni zamanda, xalq artisti bir müddət əvvəl “Rolls-Royce”la qəzaya düşdüyünü, hazırda isə onun artıq tam təmir edildiyini deyib. Emin qəza vaxtı çəkilmiş fotoları da paylaşımına əlavə edib. 

Gununsesi.info