
Fransada həbsxanalara yeni hücumların həyata keçirildiyini açıqlayan ədliyyə naziri Darmanin bu hərəkətlərin dövlətin “alçaldılması” olduğunu bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın ədliyyə naziri Gerald Darmanin, ötən həftə bir sıra həbsxanaları hədəf alan hücumlardan sonra ölkədəki bəzi həbsxanalara yeni hücumlar edildiyini açıqlayıb.
Nazir Darmanin X sosial media hesabındakı paylaşımında “həbsxana işçiləri yenidən hücumlarla hədəfə alınır” məlumatını paylaşıb.
Hücumlarda xəsarət alan olmasa da, Darmanin “həbsxanalarda nizam və hakimiyyətin bərpa olunduğu bir dövrdə” həyata keçirilən bu hücumların dövləti “alçaltmaq” forması olduğunu vurğulayaraq, cinayətkarların tezliklə tutulmasını istəyib.
Darmanin, “Mən bilirəm ki, Daxili İşlər Nazirliyinin cinayətkarları tez bir zamanda tutmaq və bu xaosa son qoymaq əzminə arxalana bilərəm”.
Qeyd edək ki, Fransanın Toulon, Marsel və Luynes kimi müxtəlif şəhərlərində aprelin 14-dən 16-na keçən gecə həbsxanalara hücumlar həyata keçirilib və məsələ ilə bağlı araşdırma başlanıb.
Orxan