Kreml: ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünə yanaşması qənaətbəxşdir

  • By Admin2
  • 21 Aprel 2025 14:54

Peskov bildirib ki, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kelloqun Ukraynanın NATO-ya üzvlüyünün “masada deyil” sözləri onların öz yanaşması ilə üst-üstə düşür.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ninUkrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Ukraynanın mümkün NATO üzvlüyü ilə bağlı bəyanatından sonra Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı qiymətləndirmələr edib. Kelloqun Ukraynanın NATO-ya qoşulmasının “masada olmadığını” deməsindən sonra danışan Peskov bu yanaşmanın onlar üçün “qənaətbəxş” olduğunu bildirib.

“Biz Vaşinqtonda müxtəlif səviyyələrdə Ukraynanın NATO üzvlüyünün istisna edildiyi barədə bəyanatlar eşitmişik. Bu, əlbəttə ki, bizi qane edir və yanaşmamızla üst-üstə düşür”, – Peskov jurnalistlərə deyib. Peskov Ukraynanın NATO-ya daxil olmasının “Rusiya Federasiyasının milli maraqlarına təhlükə yaradacağını” deyib və əlavə edib: “Əslində bu, münaqişənin əsas səbəblərindən biridir”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, əgər Ukrayna NATO-ya üzv olmaq ambisiyalarından rəsmən imtina edərsə və Rusiya tərəfindən işğal olunmuş Ukraynanın dörd bölgəsindən çıxsa, Rusiya müharibəni dayandırmağa hazır olacaq.

Noyabr ayında mətbuatda çıxan xəbərlərdə Putinin ABŞ prezidenti Donald Trampla Ukrayna ilə bağlı sövdələşməyə hazır olduğunu, lakin ələ keçirilən Ukrayna ərazilərindən imtina etməkdən imtina etdiyi və Ukraynanın NATO-ya üzv olmaq ambisiyalarını bir kənara qoymasında israr etdiyi də vurğulanıb.

Orxan

Gununsesi.info