Papa Fransiskin ölümünə dünyanın hər yerindən ilk reaksiyalar

  • By Admin2
  • 21 Aprel 2025 12:45

Katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib.Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Vatikan liderinin vəfatından sonra dünyadan və Avropadan bir-birinin ardınca dəstək mesajları gəlir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Roma Papası Fransisk 88 yaşında dünyasını dəyişib.12

ildir ki, papa kimi fəaliyyət göstərən Latın Amerikası lideri dünya tarixinə etdiyi ilklərlə düşüb.

Papa Fransiskin ölümünə dünya və Avropadan gələn reaksiyalardan bəziləri belədir…

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Papa Fransisk bütün papalığı dövründə həmişə ən həssas və kövrəklərin yanında olub və bunu böyük təvazökarlıqla edib.

“Müharibə və qəddarlıq dövründə o, digərini, ən həssas olanı hiss edirdi”- Makron bildirib.

Almaniyanın gələcək kansleri Fridrix Merz bazar ertəsi bildirib ki, Roma Papası Fransisk cəmiyyətin ən zəif üzvlərinə yorulmaz sədaqəti ilə yadda qalacaq.

“Onu təvazökarlıq və Allahın mərhəmətinə iman rəhbər tutdu” deyə Merz sosial media platforması X-də yazıb.

Hollandiyanın baş naziri Dik Şof bildirib ki, Papa Fransisk hər cəhətdən xalqın adamıdır.

“Katolik icması dövrümüzün problemlərini tanıyan və onlara diqqət çəkən liderlə vidalaşır. Papa Fransisk ləyaqətli həyat tərzi, xidməti və mərhəməti ilə katolik və qeyri-katoliklərdən çoxları üçün nümunə idi. Biz onu böyük hörmətlə yad edirik”, – Schoof deyib.

Orxan

Gununsesi.info