Yaponiyada yol qəzasında 30-dan çox insan xəsarət aldı

  • By Günel
  • 05 Aprel 2025 09:00

Yaponiyanın paytaxtı Tokio yaxınlığındakı Hatioji şəhərində iki sərnişin avtobusu toqquşub.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası (NHK) məlumat yayıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, avtobuslar yerli magistrallardan birində tunelin girişində toqquşub. Qəza nəticəsində 30-dan çox insan xəsarət alıb, onların hamısı huşunu itirib.

Polis hadisənin başvermə şəraitini araşdırır.

Gununsesi.info