Azərbaycanı Gimnaziadada təmsil edəcək karateçilər müəyyənləşdi

  • By Günel
  • 04 Aprel 2025 22:33

Azərbaycanı Serbiyanın Zlatibor şəhərində keçiriləcək Gimnaziadada təmsil edəcək karateçilər bəlli olub.

Gununsesi.info xəbər verir ki, Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma bu gün Serbiyaya yola düşüb.

Yarışda Qorxmaz Səfərli, İbiş Muradlı, Fidan Baxışlı, Zəynəb Abbasova və Zəhra Feyziyeva bacarığını göstərəcək.

Qeyd edək ki, bu gün startı verilən Gimnaziadaya aprelin 14-də yekun vurulacaq.

Gununsesi.info