
İş adamı. “Şərurlu İsfəndiyar” adı ilə tanından İsfəndiyar Axundov “Tv Musavat”ın canlı yayınında xeyli maraqlı açıqlamalarla gündəmə gəlib.
Gununsesi.info xəbər verir ki, o, bir gənc xanım tərəfindən şantaja məruz qaldığını haqqında bu cür danışıb:
“Gərək dünyada heç kimə inanmayasan. Bir dəfə gözəl bir xanım mənə yaxınlaşıb, tanış olmaq istədi. Biz də tikinti sahəsində tanınan adamıq. Xanım məni şirin dilə çəkdi. İnsanıq da… Səhv etməyən adam yoxdur. Razılaşdıq, dost olduq…Sonra şirkətə gəldi. Mənim Göygöldəki otelimdə 3-4 gün qaldı, şəkillər çəkdirdi. Sonra məni şantaj etməyə başladı, 100 min manat pul istədi. Verməyəcəyim təqdirdə aramızdakı münasibəti yoldaşıma deyəcəyini bildirdi. Razılaşmadım, o da yoldaşıma xəbər verdi. Şükür, bu ailəmizdə ciddi məsələyə çevrilmədi. Bu səbəbdən də daha heç kimə inanmıram. Maliyyə məsələlərində də başıma bu cür işlər gəlir. Nəvəm şirkətə gələndən sonra ortaya çıxardı ki, sən demə, indiyə qədər işçilərim tərəfindən nə qədər aldadılmışam. Cəmi iki nəfər təmiz adam qaldı”, – deyə o, bildirib.