Trampdan “TikTok”-la bağlı sərəncam - Daha 75 gün..

  • By Günel
  • 04 Aprel 2025 23:39

“Mən “TikTok”-un daha 75 gün açıq qalması üçün sərəncam imzalayıram”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” şəbəkəsində yazıb.

Ağ Ev rəhbəri bildirib ki, onun administrasiyası “TikTok”-u xilas etmək üçün sövdələşmə üzərində çox çalışıb”.

Tramp qeyd edib ki, sosial şəbəkənin işinin uzadılması bütün razılaşmaların imzalanmasını təmin etmək üçün önəmlidir.

“Biz bu razılaşmanın reallaşması üçün “TikTok” və Çin ilə işləməyi səbirsizliklə gözləyirik”, – ABŞ prezidenti əlavə edib.

Yanvarın 19-da ABŞ-də “ByteDance”dən “TikTok”un Amerika seqmentini satmağı tələb edən qanun qüvvəyə minib. Çin şirkəti şərtləri yerinə yetirməsə, Vaşinqton milli təhlükəsizlik səbəbi ilə bu sosial şəbəkədən istifadəyə qadağa qoyacaq.

Gununsesi.info