
Gürcüstanın Acarıstan Muxtar Respublikasının yeni başçısı məlum olub.
Gununsesi.info xəbər verir ki, prezident Mixeil Kavelashvili Sulxan Tamazashvilinin namizədliyini irəli sürərək onu Acarıstan hökumətinin yeni sədri təyin edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Acarıstan hökumətinin keçmiş sədri Tornike Rijvadze vəzifədən istefa verdiyini açıqlayıb.