
İsraildə keçirilən sorğunun nəticələri göstərib ki, ictimaiyyətin 60 faizi ölkədə vətəndaş müharibəsi riskinin real olduğuna inanır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu işğal olunmuş Fələstin əraziləri, Livan və Suriyaya hücumlarını davam etdirdiyi bir vaxtda İsraildə keçirilən yeni sorğunun nəticələrinə görə, respondentlərin 60 faizi ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyini düşünür.
“The Jerusalem Post” qəzetinin yazdığına görə, Yəhudi İctimai Siyasət İnstitutu (JPPI) tərəfindən aparılan “İsrail İctimai İndeksi” adlı sorğu göstərib ki, ictimaiyyətin 60 faizi İsraildə vətəndaş müharibəsinin real təhlükə olduğunu düşünür.
Buna görə, nəticələri 3 aprel cümə axşamı günü dərc edilən sorğuda iştirakçılara İsrail Ali Məhkəməsinin keçmiş sədri Aharon Barakın “İsrail vətəndaş müharibəsinə çox yaxındır” sözləri ilə bağlı sual verilib.
Respondentlərin 27 faizi bu bəyanatla razılaşdığını bildirsə də, 33 faizi Barakın şişirdilmiş ifadə işlətdiyini, lakin vətəndaş müharibəsi riskinin hələ də real olduğunu qeyd edib.
Belə bir riskin olmadığını deyənlərin nisbəti 16 faiz olaraq qalıb.
Orxan