
Ötən gecə ABŞ-ın Pensilvaniya ştatında qatar qəzası baş verib. Qəzada 3 nəfər həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ- nin Pensilvaniya ştatında ötən gecə baş verən qatar qəzasında 3 nəfər həyatını itirib.
Bristol Borough Polis Departamentinin məlumatına görə, Filadelfiya istiqamətində hərəkət edən Amtrak Acela qatarı naməlum səbəbdən relsdə üç nəfəri vurub.
Qəzadan sonra Filadelfiya ilə Nyu York arasında Amtrak əlaqəsi dayandırılıb. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.
Orxan