7,2 bal gücündə zəlzələ

  • By Günel
  • 05 Aprel 2025 08:40

Papua-Yeni Qvineya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, zəlzələ qısa müddətlik sunami təhlükəsi ilə müşayiət olunub.

Bu barədə ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) məlumat yayıb. Qurumun yaydığı açıqlamaya əsasən, sunami xəbərdarlığı edilsə də, cəmi bir dəqiqə sonra xəbərdarlıq ləğv olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) isə zəlzələnin episentrinin Yeni Britaniya bölgəsində qeydə alındığını açıqlayıb.

Gununsesi.info