Millimiz Macarıstanla bu stadionda oynayacaq

Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib.

Gununsesi.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma rəqibini iyunun 10-da “Liv Bona Dea Arena”da qəbul edəcək.

Qarşılaşmanın başlama saatı hələlik məlum deyil.

 

 

Gununsesi.info