
Qərbi Afrika ölkəsi Nigeriyanın Plato əyalətində silahlı hücum nəticəsində 10 nəfərin öldüyü bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bokkos Mədəni İnkişaf Şurasının (BCDC) sədri Farmasum Fuddanq verdiyi yazılı açıqlamada, naməlum silahlı şəxslərin Plato əyalətinin Bokkos bölgəsində 5 kəndə atəş açdığını bildirib.
Fuddanq hücumda 10 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın yaralandığını qeyd edib.
Fuddanq, son bir həftədə əyalətdə həyata keçirilən hücumlarda 20 nəfərin həyatını itirdiyini, çox sayda insanın da qaçırıldığını bildirib.
Hücumla bağlı açıqlama verən Yaylanın İnformasiya və Kommunikasiyalar üzrə komissarı Coys Ramnap əyalət vətəndaşlarını sakit olmağa çağırıb.
Ramnap bölgələrə təhlükəsizlik qüvvələrinin göndərildiyini və hadisələrlə bağlı araşdırma başlandığını bildirib.
Yayla polisi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Sözügedən vilayətdə zaman zaman silahlı hücumlar həyata keçirilir.
Dekabrın 25-də silahlı şəxslərin Plato əyalətinin Bokkos və Barkin-Ladi rayonlarına hücumu nəticəsində azı 200 nəfər həlak olub.
Orxan