
Son illərdə qlobal kibertəhlükəsizlik təhdidləri artdıqca, Şimali Koreyanın hakerlərə qarşı strategiyaları da diqqəti cəlb edir. Araşdırmalar göstərib ki, Şimali Koreyalı hakerlər son on ildə kriptovalyutaları oğurlayaraq Pxenyan hökumətinin nüvə silahı proqramına ən azı 6 milyard dollar köçürüblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyalı hakerlər son on il ərzində ən azı 6 milyard dollar dəyərində kriptovalyuta oğurlayıb, Kim Çen Inın nüvə silahının inkişafı proqramını maliyyələşdirməyə kömək ediblər.
Wall Street Journal xəbər verir ki, hakerlər şəxsi şirkətlərin sistemlərinə sızmaq üçün Facebook və Instagram vasitəsilə yoluxmuş linklər göndəriblər. Bildirilir ki, bəzi hakerlər ABŞ şirkətlərində İT mütəxəssisi kimi uzaqdan çalışaraq bu hücumları həyata keçirirlər.
Dubayda yerləşən kriptovalyuta birjası Bybit fevralın 21-də 1,46 milyard dollarlıq oğurluğun hədəfi olub. Bu hadisə, 2021-ci ildə Poly Network-dən oğurlanan 611 milyon dolları ötərək, bütün zamanların ən böyük kriptovalyuta soyğunu kimi qeydə alınıb.
Chainalysis-in məlumatlarına görə, kriptovalyuta sektorunda itirilən hər 10 dollardan 6-sı Şimali Koreyalı hakerlər tərəfindən həyata keçirilən hücumlar nəticəsində oğurlanıb.
Hesabatda iddia olunur ki, Pxenyan hökuməti “hərbi birlik kimi” 8000-dən çox hakerə nəzarət edir və hakerlərin izini gizlətmək üçün mürəkkəb üsullardan istifadə edir. Həmçinin bildirilir ki, dövlət tərəfindən dəstəklənən proqramlar vasitəsilə riyaziyyat və proqram təminatı sahəsində istedadlı gənclər haker kimi hazırlanır.
Orxan