“Roma dövrünə aid kütləvi məzarlıq tapıldı

  • By Admin2
  • 04 Aprel 2025 16:07

Avstriyanın paytaxtı Vyanada futbol meydançasında aparılan təmir işləri zamanı I əsrə aid kütləvi məzarlıq aşkar edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbərinə görə, bildirilib ki, məzardakı skelet qalıqları “german” tayfalarının iştirak etdiyi münaqişədə həyatını itirən “Roma döyüşçüləri”nə aid ola bilər.

Vyana Muzeyinin mütəxəssisləri bu kəşfi “hərbi kontekstdə fəlakətli hadisə” kimi qiymətləndiriblər. Qazıntıya rəhbərlik edən Michaela Binder “Bu kəşf Roma tarixindəki oxşar tapıntılarla müqayisədə unikaldır” deyib.

Orxan

Gununsesi.info