Tramp üç ölkəyə qarşı tarifləri yumşaldacaq

  • By Günel
  • 05 Aprel 2025 09:02

ABŞ Prezidenti Donald Tramp Vyetnam, Hindistan və İsrailin nümayəndələri ilə bu ölkələrə qarşı tariflərin yumşaldılması imkanlarını müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “CNN” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Donald Tramp təklif olunan tarifləri yüngülləşdirə biləcək fərdi ticarət sazişlərini müzakirə etmək üçün Vyetnam, Hindistan və İsraildən olan nümayəndələrlə əlaqə saxlayır” – məlumatda deyilir.

Qeyd olunur ki, Trampın bu ölkələrlə danışıqlara başlaması gözlənilən cavab addımlarını neytrallaşdırmaq məqsədi daşıyır.

Gununsesi.info