Fransa və İngiltərədən Kiyevə səfər

  • By Admin2
  • 04 Aprel 2025 16:05

Fransa və Böyük Britaniyanın Baş Qərargah rəislərinin bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edəcəyi bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın “Le Monde” qəzetinin məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barrot Brüsseldəki qərargahında NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri David Lammy ilə birgə mətbuat konfransı keçirib. Barrot Rusiya- Ukrayna müharibəsi ilə bağlı dəyərləndirmələr edərək, “Əgər gec sülh əldə olunsa belə, hərbi gücə və ya təhlükəsizliyə ehtiyac olacaq. Ona görə də Baş Qərargah rəislərimiz bu işdə irəliləyiş əldə etmək üçün bu gün Kiyevdə olacaqlar” deyib.

Barrot Rusiyanın son üç həftədə Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib və Moskvanın “müharibə cinayətləri törətməkdə” davam etdiyini müdafiə edib.

Barrot və Lammi Rusiyanı ABŞ-ın sülh səylərini sabotaj etməkdə ittiham ediblər.

Fransa və Böyük Britaniya Baş Qərargah rəislərinin Kiyevə səfəri zamanı atəşkəs əldə olunacağı təqdirdə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəkləri gözlənilir.

Orxan

Gununsesi.info