Danimarka Baş Naziri Qrenlandiyaya səfər etdi

  • By Admin2
  • 04 Aprel 2025 14:06

Danimarkanın baş naziri Frederiksen ABŞ prezidenti Trampın adaya səfəri zamanı “onların Qrenlandiyaya sahib olması lazımdır” ifadələrinə cavab verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya “sahibkarlıq etmək”lə bağlı açıqlamaları davam edərkən, adanın bağlı olduğu Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyaya səfər edib . Trampın səfəri zamanı ada ilə bağlı şərhlərinə toxunan Frederiksen ABŞ-a xəbərdarlıq edib ki, bu, beynəlxalq təhlükəsizliklə bağlı arqument olsa belə, “başqa ölkəni ilhaq edə bilməz”.

Qrenlandiyanın həm yeni, həm də köhnə liderləri ilə görüşən Frederiksen Danimarkanın etibarlı NATO müttəfiqi olduğunu qeyd edib. Müttəfiq olaraq, bir-birinin “bölünməsinə” icazə vermənin “düşmənlərinə xidmət etmək” mənasına gəldiyini vurğulayan Frederiksen bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.

“Bizim şirkətlərimizdən ABŞ-a sərmayə qoymağı xahiş edəndə, onlar bunu edirlər. Bizdən müdafiəmizə daha çox pul xərcləməmizi istəyəndə, biz də bunu edirik. Arktikada təhlükəsizliyi gücləndirməyi xahiş edəndə biz razılaşırıq”, – Frederiksen deyib.

Baş nazir Frederiksen davam etdi: “Ancaq siz Danimarka Krallığının ərazisinin bir hissəsini ələ keçirməyi tələb edəndə, ən yaxın müttəfiqimizin təzyiq və təhdidləri ilə üzləşdiyimiz zaman, illərdir heyran qaldığımız ölkə haqqında nəyə inanaq? Bu, Atlantik okeanının o tayında birlikdə qurduğumuz dünya nizamı ilə bağlıdır.

Arktikada təhlükəsizliyin gücləndirilməsi ilə bağlı Frederiksen ABŞ-ı “bunu birlikdə etməyə” çağırıb.

Orxan

Gununsesi.info