Ülviyyə Bəbirovaya yüksək vəzifə verildi

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.

Bu barədə Gununsesi.info -ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyin olunub.