Fergus Auld: - “Böyük Britaniya bu çətin zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu qiymətləndirir”

  • By Admin2
  • 04 Aprel 2025 12:11

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası haqqında fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, səfir X hesabında yazıb:

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının XI və Yaşıl Enerji Məşvərət Şurasının III Nazirlər Görüşü enerji müzakirələri üçün mühüm platformadır. Böyük Britaniya bu çətin zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu qiymətləndirir və birgə işləməyi səbirsizliklə gözləyir.”

Gununsesi.info