Ada ölkəsi enerji fəlakəti ilə üz-üzədir

  • By Admin2
  • 04 Aprel 2025 12:09

Həftələrlə davam edən elektrik enerjisinin kəsilməsi Samoada infrastruktur problemləri və artan enerji tələbi səbəbindən həyatı dayandırıb. Hökumət fövqəladə vəziyyət elan etdikdən sonra insanlar qaz lampalarına və generatorlara müraciət ediblər. İqtisadiyyatda yüzdə 16 daralma gözlənilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sakit okeanın məşhur ada ölkəsi Samoa, həftələrlə davam edən elektrik kəsilməsi ilə tarixin ən pis enerji böhranlarından birini yaşayır.

Məşhur turist adasındakı Upoluda kəndlər qaranlığa qərq olarkən, hətta paytaxt Apia da şam işığına qayıtmağa başladı.

Hökumət infrastrukturun çökməsi səbəbindən 30 günlük fövqəladə vəziyyət elan edib.

Apia şəhərinin kənarında yaşayan Shelley Burich, “Biz kifayət qədər yemək itirmişik. Erkən yeyirik və indi tez yatırıq” deyib.

Ölkədə generatorlara və akkumulyatorla işləyən işıqlandırma məhsullarına tələbat sürətlə artdıqca, qiymətlər də havaya qalxıb. Yerli mağazanın satıcısı Neci Lemo, “Batareya ilə işləyən hər şey getdi. Biz kerosin lampalarına müraciət etdik”deyib.

Orxan

Gununsesi.info