İndoneziyada torpaq sürüşməsi: 10 nəfər ölüb

  • By Admin2
  • 04 Aprel 2025 16:58

İndoneziyada güclü yağışdan sonra torpaq sürüşmələri baş verib. Torpaq parçasının yola düşməsi nəticəsində 10 nəfər həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Yava adasında leysan yağışların səbəb olduğu sürüşmə nəticəsində torpaq parçasının uçurumun kənarında yola düşməsi nəticəsində 10 nəfər həyatını itirib .

Yerli polis rəsmisi Andi Yudha Pranata məsələ ilə bağlı açıqlama verib.

Pranata, Yava adasında həddindən artıq yağış səbəbiylə sel və torpaq sürüşmələrinin baş verdiyini və yamacda yolda hərəkət edən avtomobillərin üzərinə torpaq parçasının düşdüyünü bildirib.

Pranata qeyd edib ki, 3-ü uşaq olmaqla 10 nəfərin cəsədi yerdən çıxarılıb.

İndoneziyada oktyabrdan aprel ayına qədər davam edən mövsümi yağışlar tez-tez daşqınlara və sürüşmələrə səbəb ola bilər.

Gununsesi.info