ABŞ-nin tarifləri qlobal iqtisadiyyatda təlatüm yaradır

  • By Admin2
  • 04 Aprel 2025 16:04

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın tarif siyasətlərinin dünya iqtisadiyyatında böyük təlatümlərə səbəb olduğunu və bu prosesin Rusiyaya fayda verməyəcəyini deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, dünyanın ABŞ-ın tarif siyasətinə görə “turbulentlik” içində olduğunu ifadə edərək, “ABŞ-ın tariflərinin Rusiyaya fayda verməsi ehtimalı azdır” deyib.

Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyevin ABŞ-a mühüm səfər etdiyinə diqqət çəkən Peskov, danışıqlarda Ukraynaya zəmanət verilməsi ilə bağlı detalların hazırkı mərhələdə paylaşılmayacağını bildirib.

ABŞ-ın İrana qarşı sərt ritorikasını şərh edən Peskov, “Hazırda ABŞ-la münasibətlərimizi bərpa etməyə çalışırıq, lakin İran həm də dərin əlaqələrimiz olan tərəfdaşımız və müttəfiqimizdir” deyib.

Peskov ABŞ-ın bir çox ölkəyə qarşı elan etdiyi tariflərə gəlincə, Rusiyanın ABŞ ilə heç bir ticarət əlaqəsi olmadığı üçün sözügedən ölkələr arasında olmadığını qeyd edib.

Peskov Rusiya iqtisadiyyatının güclü və dayanıqlı olduğuna diqqət çəkərək, “Lakin qlobal iqtisadiyyatda mövcud çalkantıya görə əlavə səylər tələb olunacaq” deyib.

Orxan

Gununsesi.info