Dəhşətli cinayət: Keçmiş nişanlısını və onun anasını öldürüb intihar etdi

  • By Günel
  • 04 Aprel 2025 21:58

Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda 35 yaşlı Necat Yorğun küçədə keçmiş nişanlısı 39 yaşlı Selen Sakını və onun 70 yaşlı anasını güllələdikdən sonra intihar edib.

Gununsesi.info “Hurriyet”ə istinadən xəbər verir ki, dəhşətli cinayət bu gün axşam saatlarına törədilib.

Selen Sakın hadisə yerində, Necat Yorğun xəstəxanada ölüb. 70 yaşlı qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info