Çinin təyyarə və gəmiləri Tayvana yaxınlaşdı

  • By Günel
  • 05 Aprel 2025 09:07

Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun 12 təyyarə və 6 gəmisinin son 24 saat ərzində adaya yaxınlaşdığını qeydə alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin “X” sosial şəbəkə səhifəsindəki paylaşımda qeyd olunub.

Bildirilir ki, 12 təyyarədən 9-u Tayvan boğazı üzərindən orta xətti keçərək Tayvanın cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub.

Müdafiə Nazirliyinin açıqlamasında vəziyyətin izlənildiyi və lazımi cavabın verildiyi vurğulanıb.

Aprelin 1-də Çin ordusu Tayvan ətrafında hərtərəfli təlimlərə başlayıb .

Gununsesi.info