İsrail: Livanda Həmas komandiri öldürüldü

  • By Admin2
  • 04 Aprel 2025 13:06

İsrail HƏMAS-ın komandiri Həsən Fərhatın Livandakı hava hücumunda öldürüldüyünü iddia edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, atəşkəsi pozaraq Livan və Qəzza zolağına hücumlarını bərpa edən İsrail ordusu Livanın cənubundakı Səidə bölgəsində Həmas komandiri Həsən Fərhatın öldürüldüyünü iddia edib.

Livanın Səhiyyə Nazirliyi İsrailin Səidədəki mənzilə endirdiyi hava zərbəsi nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb. Livanın baş naziri Navaf Salamın ofisi hücumun ABŞ-ın Hizbullah və İsrail arasında əldə etdiyi atəşkəs razılaşmasının pozulması olduğunu bildirib.

ÖLÜB AA-nın məlumatına görə, İsrail ordusunun Livanın cənubundakı Səidə şəhərində bir binada bir mənzilə təşkil etdiyi hava hücumunda eyni ailədən 3 nəfər həyatını itirib. İsrail ordusunun hədəf aldığı mənzildə yanğın baş verdiyi, hücumda eyni ailədən olan ata, qızı və oğlunun həyatını itirdiyi bildirilib.

Livan təhlükəsizlik rəsmisi hədəf alınan mənzildə Camaat-e-Islamiyyə rəsmisinin yaşadığını iddia edib.

Livan və İsrail arasında atəşkəs razılaşması çərçivəsində yaradılan Atəşkəs Nəzarət Komitəsinə Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) Livan və İsrail, həmçinin Fransa və ABŞ daxildir. İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail razılaşmanı tez-tez pozur.

Livan rəsmilərinin məlumatına görə, atəşkəsdən sonra İsrail ordusunun həyata keçirdiyi hücumlarda yüzlərlə insan ölüb və yaralanıb. Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə daxil olan İsrail ordusu atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq, Hamamis təpəsi, Aziyye təpəsi, Uveyda təpəsi, Balat dağı və Lebbune təpəsində beş nöqtədə mövcudluğunu davam etdirir.

Orxan

Gununsesi.info