Gənc Qazilər İctimai Birliyinin sədri həbs edilib - Özəl

  • By Admin2
  • 01 Aprel 2025 10:38

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı onun yaxınları deyib.

Məlumata görə, o, dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Hacı Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı.

 

Afət

Gununsesi.info