
Xarici işlər naziri Fidan Reuters xəbər agentliyinə verdiyi müsahibədə Türkiyənin Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmədiyini bildirib.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Reuters xəbər agentliyinə danışıb.
Fidan bildirib ki, Türkiyə Suriyada İsraillə qarşılaşmaq istəmir.
Nazir Fidan bəyan edib ki, İsrailin hücumları Suriyanın yeni hökumətinin İŞİD terror təşkilatını və digər təhdidləri qarşısını almaq imkanlarını zəiflətdi.
İsrailin Suriyadakı hərəkətlərinin gələcəkdə regional qeyri-sabitliyə yol açdığını ifadə edən Fidan, “Əgər Suriya İsraillə müəyyən razılaşmalar etmək istəyirsə, bu, onların işidir” dedi.
O , Türkiyənin Suriya, İordaniya, Livan və İraqla birlikdə DEAŞ-a qarşı regional platforma yaratmaq istədiyini bildirib.
ABŞ-İran gərginliyi ilə bağlı sualı cavablandıran Fidan diplomatiyanın zəruri olduğunu və İrana qarşı hər hansı bir hücum görmək istəmədiyini bildirib.
O, həmçinin bildirib ki, ABŞ prezidenti Donald Trampın siyasət dəyişikliyi Soyuq Müharibədən bəri ABŞ-dan çox asılı olan Avropa üçün bir fürsət ola bilər.
Orxan