
ABŞ-ın mərkəzi və cənub hissələrini vuran şiddətli tufan və tornadoların qurbanları getdikcə ağırlaşır. Ölənlərin sayı 7-yə çatıb, 13 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, ABŞ-nin bəzi ştatlarına təsir edən qasırğalar nəticəsində ilkin məlumatlara görə 7 nəfər həyatını itirib.
Ölənlərdən beşinin Tennessi ştatında, digərlərinin isə İndiana və Missuridə olduğu bildirilir. Ən azı 13 nəfər yaralanıb. Tornadolar gecə boyu altı ştata təsir etməyə davam etdi:
Son 24 saat ərzində Arkanzasdan Ohayoya qədər uzanan ərazidə 30-dan çox tornado müşahidə edilib. Cümə axşamı axşam saatlarından etibarən 150 min ev və iş yerinin işıqsız qaldığı öyrənildi. Ən çox fasilələrin yaşandığı ştatların Miçiqan və İndiana olduğu bildirilir.
Tornado elektrik xətlərini, ağacları, qatar vaqonlarını və nəqliyyat vasitələrini sıradan çıxarıb, kilsə və anbar dağılıb. Evlərə külli miqdarda ziyan dəyib.
Orxan