İsrail Qəzzanın işğalını genişləndirir

  • By Admin2
  • 04 Aprel 2025 14:04

İsrail Qəzzaya qurudan hücumunu genişləndirdiyini açıqlayıb. Ordu şimaldakı Şucayya bölgəsində “bufer zonasını genişləndirmək üçün işə başladığını” söylədi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalındakı işğalını genişləndirdiyini , burada evakuasiya xəbərdarlığı etdiyi və hücumlarını intensivləşdirərək fələstinliləri atəşkəsdən qaçmağa məcbur etdiyini açıqlayıb.

İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında İsrail ordusunun Qəzzaya quru hücumlarını genişləndirdiyini bildirib. Adraee, İsrail ordusunun Qəzzanın şimalındakı Şucayya bölgəsində “nəzarətini dərinləşdirmək və bufer zonasını genişləndirmək üçün əməliyyatlara başladığını” bildirdi. Bölgədəki Fələstin xalqına təxliyə xəbərdarlığına toxunan Adraee, İsrail ordusunun Şucayyədə Həmas üzvləri ilə toqquşduğunu iddia edib.

İsrail ordusunun Qəzzanın cənubunda məcburi köçkün fələstinlilərə məxsus çadırı hədəf alması nəticəsində fələstinli qadın uşağı həyatını itirib. Ordu Xan Yunisin Mavasi bölgəsindəki Qübbəli Qaya məscidinin qərbində məcburi köçkün fələstinlilərin qaldığı çadıra hücum edib. Hücumda bir fələstinli qadın və uşağı həlak olub, çoxlu sayda insan yaralanıb.

Orxan

Gununsesi.info