Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib

  • By ilhame
  • 22 Sentyabr 2024 12:58

Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.

 

Gununsesi.info xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.

 

Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

 

Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.

Gununsesi.info