Bakıda yük avtomobili dərəyə aşıb, ölən var

  • By ilhame
  • 22 Sentyabr 2024 12:31

Bakda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Gununsesi.info-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, qəza paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, yol-nəqliyyat qəzası nəticəsində yük avtomobili dərəyə yuvarlanıb. Sürücünün meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info