“Real”ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib

  • By ilhame
  • 26 Sentyabr 2024 20:41

İspaniya polisi “Real”ın (Madrid) futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən azarkeşi 1 il müddətinə həbs edib.

 

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, sözügedən hadisə ötən mövsüm La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə baş verib.

 

Eyni hərəkəti “Malyorka” – “Vilyarreal” matçında da təkrarlayan şəxs polis tərəfindən saxlanılıb.

 

Məhkəmə azarkeşi 12 ay azadlıqdan məhrum edib və 3 il müddətinə futbol yarışlarına girişini qadağan edib.

Gununsesi.info