Ermənistan Konstitusiya Məhkəməsi delimitasiya ilə bağlı sənədi təsdiqlədi

  • By ilhame
  • 26 Sentyabr 2024 20:07

Ermənistan Konstitusiya Məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin ölkə Konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı qərarını dərc edib.

 

Gununsesi.info erməni KİV-ə istinadən xəbər verir ki, müzakirələr nəticəsində əsasnamənin əsas qanunun müddəalarını pozmadığı bildirilib.

 

“Konstitusiyanın 170-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, bu qərar qətidir və dərc edildiyi gündən qüvvəyə minir”, – qərarda deyilir.

Gununsesi.info