
Bakının Yasamal rayonunda avtomobil yanıb.
Gununsesi.info-nun məlumatına görə, Dadaş Bünyadzadə küçəsində “Kia Optima” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Gununsesi.info