“Qəbələ” “Qarabağ”la üz-üzə gələcək

  • Müəllif: Orxan
  • 31 Oktyabr 2026 09:56

Bu gün Azərbaycan Premyer Liqasının X turunda daha 2 qarşılaşma baş tutacaq​.

Gununsesi.info xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək görüşün baş hakimi Elvin Bayramov olacaq.

Günün növbəti oyununda isə “Qəbələ” “Qarabağ”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.

Qeyd edək ki, turun daha əvvəl keçirilən “Turan Tovuz” – “Sabah” matçında meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Şamaxı” – “Neftçi” və “Kəpəz” – “İmişli” görüşləri sabah, “Sumqayıt” – “Şəfa” qarşılaşması isə noyabrın 2-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

X tur

31 oktyabr

15:00. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Şamaxı şəhər stadionu

17:30. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Qəbələ şəhər stadionu