Bu gün saat 19:00 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün iki qatarın hərəkətində gecikmə qeydə alınıb.
Gununesi.info xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə dərhal operativ tədbirlər görülüb.
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib.












