Qızılın qiyməti ucuzlaşdı

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2026 23:25

“Comex” birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb.

Gununesi.info xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.60 dollar təşkil edib.

Saat 21:13-də isə qızıl füçerslərinin qiymətində eniş sürətlənib. Göstərici 3.3% azalaraq 3 898.4 dollara düşüb.

Bu, 2025-cı il noyabrın 3-dən bəri qeydə alınan ən aşağı qiymətdir.

Gununesi.info