Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir -Video

  • By ilhame
  • 25 Avqust 2024 10:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

 

Gununsesi.info-ya bu barədə  FHN-dən bildirilib.

 

Ötən gün ərzində təyyarə Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Gununsesi.info