Soçidə qasırğa baş verib

  • By ilhame
  • 25 Avqust 2024 15:29

Rusiyanın Soçi Beynəlxalq Hava Limanı güclü külək səbəbindən fəaliyyətini məhdudlaşdırıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, 20 təyyarənin ekipajı eniş edə bilməyərək, alternativ aerodromlara – Mineralnıye Vodı, Stavropol, Vladiqafqaz, Qroznı, Elista aerodromlarına getmək barədə qərar qəbul edib.

 

Öz növbəsində, Soçi administrasiyası pisləşən hava şəraiti ilə əlaqədar şəhər daxilindəki bütün çimərliklərin müvəqqəti bağlandığını elan edib.

Gununsesi.info