Horadizdə yaşayış evi yanıb

  • By ilhame
  • 25 Avqust 2024 16:20

Horadiz şəhərində 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı evin xarici divarına quraşdırılan kondisionerin elektrik kabeli və həyətyanı sahədə 1 ədəd paltaryuyan maşın yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info