
Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.
Gununsesi.info-ya bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gununsesi.info