Ərdoğan ABŞ-ı ittiham edib

“Amerikanın Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyaları Ankaranın Şimali Atlantika Alyansındakı müttəfiq kimi Vaşinqtona olan inamını sarsıdır”.

Gununsesi.info xəbər verir ki, bunu respublika prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Vaşinqtonun Türkiyənin müdafiə sənayesinə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər ABŞ-a olan inamımıza mənfi təsir göstərir”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, sanksiyalar Amerikanın CAATSA qanunu çərçivəsində tətbiq edilib: “Ankaranın F-35 qırıcı proqramından kənarda qalması NATO-nun ruhuna ziddir”.

Avqustun 28-də “Cumhuriyet” qəzeti mənbələrə istinadən yazıb ki, Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərindən (SAM) imtina edib, Amerikadan F-16 qırıcıları almaq lehinə qərar verib.

Güman edilir ki, bu təyyarələr Yunanıstanla münasibətlərin pisləşməsi fonunda Türkiyə tərəfinə lazımdır.

 

Şəbnəm

Gununsesi.info