İsrail Livanla müharibə istəmir

“İsrail Livanın Hizbullah ilə müharibə istəmir, lakin öz vətəndaşlarını qorumalıdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail dövlətinin prezidenti İsaak Hersoq X sosial şəbəkəsində bildirib.

“Dəfələrlə təkrar edirəm: İsrail Livanla müharibə istəmir. Amma bizim xalqımızı qorumaq hüququmuz və borcumuz var”, – deyə o yazıb.

O, həmçinin Hizbullahın mülki evlərdə raketlər saxladığını imitasiya edən İsrail Müdafiə Qüvvələrinin (IDF) videosunu da yayıb.

Hersoqun sözlərinə görə, minlərlə uzaqmənzilli raket mülki şəxslərin qonaq otaqlarında, yataq otaqlarında və mətbəxlərində saxlanılır və sonra israilliləri öldürmək üçün buraxılır.

Bundan əvvəl İsrail ordusu Livanın cənubunda Hizbullahın onlarla hədəfinə zərbələr endirdiyini bildirib.

 

Gununsesi.info