Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Gununsesi.info Penitensiar Xidmətə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Cahid Mikayıl oğluna məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info