Azərbaycan yeni minaatan istehsal etdi

  • By Günel
  • 24 Sentyabr 2024 16:27

Azərbaycan yeni minaatan istehsal edib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, çapı 60 mm minaatan ilk dəfə bu gün Bakıda keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

Minaatanın atış məsafəsi 2 400 metrdir. Bunun digər minaatanlardan fərqi çəkisinin az olması və rahatlıqla daşınmasıdır.

Minaatan artıq sınaqdan keçirilərək Azərbaycan Ordusunun istifadəsinə verilib.

Gununsesi.info