İmişlidə 9-cu sinif şagirdi intihar etdi

  • By Günel
  • 24 Sentyabr 2024 13:03

İmişli rayonunda məktəbli intihar edib.

Gununsesi.info xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Aşağı Qaralar kəndində baş verib.

Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü Əliağa İsi oğlu Şahbazlı bibisinə məxsus evin həyətində özünü asıb.

Onun meyitini yaxınları aşkar ediblər.

Bildirilir ki, orta məktəbin 9-cu sinif şagirdi olan Əliağa hadisədən əvvəl atası ilə mübahisə edib. O, daha sonra bibisigilin həyətinə gedərək həyatına qəsd edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info